AŞPA-NIN AVROPA MÜHAFİZƏKARLARI QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
22 noyabr 2016 | 05:11   
Paylaşın:        
Noyabrın 22-də Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan AŞPA-nın Avropa Mühafizəkarları qrupunun sədri Yan Liddel Qringerlə görüşdü.
Qonağı salamlayan Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, Avropa Mühafizəkarlar Qrupu həmişə Azərbaycanın mövqeyini müdafiə edib. Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü olduqdan sonra biz ilk olaraq Avropa Mühafizəkarlar Partiyası ilə əməkdaşlığa başlamışdıq. Bu partiya həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə obyektiv münasibət göstərmişdir. 
Səməd Seyidov AŞPA-dakı Böyük Britaniya nümayəndə heyətinin də taleyüklü məsələlərdə daim Azərbaycanı dəstəklədiyini qeyd etdi. Bildirdi ki, Azərbaycan Avropa Şurasında çox aktivdir və bizim mövqeyimiz haqlı mövqedir. Biz müharibə yox, sülh istəyirik. Biz heç kimin ərazisini zəbt etməmişik. Əminəm ki, Azərbaycana səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər bu mənzərəni açıq şəkildə göstərəcək.
    AŞPA-nın Avropa Mühafizəkarları qrupunun sədri Yan Liddel Qringer isə öz növbəsində diqqətə çatdırdı ki, bu onun Azərbaycana ilk səfəridir və bu səfərdən məmnunluq duyur. Qeyd etdi ki, Avropa Mühafizəkarlar Partiyası Azərbaycandakı proseslərdən yaxşı xəbərdardır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışır.
Qonaq Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın bundan sonra da uğurlu olacağına əminliyini ifadə etdi. 

Milli Məclisin 
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU