ANKARADA TÜRKPA-nın HÜQUQİ MƏSƏLƏLƏR KOMİSSİYASININ İCLASI KECİRİLƏCƏK

XƏBƏRLƏR
14 dekabr 2011 | 05:12   
Paylaşın:        

 Milli Məclisin deputatları Çingiz Qənizadə və İqbal Ağazadə dekabrın 18-dən 21-dək TürkPA-nın Hüquqi məsələlər komissiyasının iclasında  iştirak etmək üçün Ankarada  səfərdə olacaqlar.
İclasın gündəliyinə quruma üzv olan dövlətlərdə parlamentlərinin və millət vəkillərinin konstitusiya sistemində rolu, funksiyası, hüquqi  qanunvericilik bazasının inkişafı, bu sahədə təcrübə mübadiləsi məsələləri  daxil edilib.
Toplantıda deputatlarımız  Azərbaycan parlamentinin əldə etdiyi uğurlar barədə danışacaq, müzakirə edilən məsələlərə münasibət  bildirəcəklər.

 

Milli  Məclisin
Mətbuat  xidməti


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU