DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
26 noyabr 2016 | 11:11   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.
Səfər zamanı nümayəndə heyətimiz Qüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında iştirak edəcək. Toplantıda fələstinlilərin hüquqlarının dəstəklənməsində beynəlxalq təşkilatların rolu, Fələstin Qanunvericilik Şurasının üzləşdiyi çağırışlar, Qüdsdə vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.
Tədbirdə Fələstin barədə, habelə Türkiyədə cari ilin 15 iyul tarixində baş vermiş hadisələrə həsr olunmuş filmlər nümayiş etdiriləcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU