DEPUTATLARIMIZ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
28 noyabr 2016 | 03:11   
Paylaşın:        

Milli Məclisin deputatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvü Musa Quliyev qurumun Baş Assambleyasının sessiyasında və digər tədbirlərində iştirak etmək üçün noyabrın 29-da Serbiyanın paytaxtı Belqrada səfər edəcəklər.
Baş Assambleyanın 48-ci sessiyasında “QDİƏT-ə üzv dövlətlərdə islahatlar – milli parlamentlərin rolu” mövzusunda müzakirələr aparılacaq. Yığıncaqda təşkilata üzv ölkələrdə xarici sərmayələrin cəlb edilməsi, korrupsiya ilə mübarizədə hüquqi bazanın təkmilləşdirilməsi, elm, təhsil sahələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Sessiya çərçivəsində keçiriləcək Daimi Komitənin və Büronun  toplantılarında QDİƏT Parlament Məclisinin fəaliyyəti, qurumun təmsilçilərinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, komitələrin fəaliyyəti barədə hesabatlar təqdim olunacaq, 2017-ci il üçün iş planı, maliyyə və təşkilati  məsələlərə baxılacaq.
Səfər dekabrın 2-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU