Deputatımız QDİƏT PM-də çıxış edəcək

XƏBƏRLƏR
28 noyabr 2016 | 03:11   
Paylaşın:        
Cari ilin noyabr ayının 29-da Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcəkdir.
  Azay Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcəkdir. Deputatımız çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaqdır. Bununla yanaşı, Azay Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcəkdir. 
 Səfər dekabrın 1-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU