Milli Məclislə Bundestaq arasında əlaqələr genişlənir

XƏBƏRLƏR
30 aprel 2012 | 05:04   
Paylaşın:        

 Aprelin 30-da Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycanda səfərdə olan  Almaniya Azad Demokrat Partiyasının federal sədri, Bundestaqın deputatı  xanım Birqit Homburqerlə görüşdü.
 Valeh Ələsgərov qonaqları salamlayaraq Milli Məclislə Almaniya Bundestaqı arasında əlaqələrin inkişafından danışdı, qarşılıqlı səfərlərin, aparılan danışıqların, deputatlarımızın beynəlxalq tədbirlərdəki faydalı əməkdaşlığının parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirdi.
Milli Məclisin sədr müavini ölkəmizin dinamik inkişafı, Azərbaycanın regionda həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də Avropanın enerji təhlükəsizliyindəki rolu barədə qonağa ətraflı məlumat verdi.
Azərbaycana səfərindən məmnun qaldığını deyən xanım Birqit Homburqer diqqətə çatdırdı ki, səfərin məqsədi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirmək, xüsusən də parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Söhbət zamanı qonaq Azərbaycanın əldə etdiyi uğurları, enerji layihələrindəki rolunu yüksək qiymətləndirdi və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.
Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edirdi.

 

Milli Məclisin
Mətbuat xidməti
                          

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU