AŞPA-NIN KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
28 noyabr 2016 | 04:11   
Paylaşın:        

 Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin  sədri Sevinc Fətəliyeva noyabrın 29-dan dekabrın 4-dək  İtaliyada səfərdə olacaq. Deputatımız Florensiya şəhərində keçiriləcək Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və  komitənin  nəzdində fəaliyyət  göstərən  Uşaqlar Əleyhinə Zorakılığın  Dayandırılması Şəbəkəsinin    toplantısında iştirak  edəcək.
Tədbirlərdə uşaqlara  qarşı  cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma  üzv  dövlətlərin Dünya  Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə  fikir  mübadiləsi  aparılacaq.
Sevinc Fətəliyeva müzakirə edilən məsələlərə münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU