RUSİYADA AZƏRBAYCANLI GƏNCLƏR BİRLİYİNİN VII FORUMUNDA

XƏBƏRLƏR
02 dekabr 2016 | 04:12   
Paylaşın:        

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov dekabrın 5-dən 7-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.
Deputatımız Moskva şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII Forumunda iştirak edəcək.
Forumun keçirilməsində məqsəd bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspor və lobbiçilik işinin təşkilində iştirakını artırmaq, onları maraqlandıran mövzulara dair məsələləri müzakirə etməkdir.

Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU