MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
05 dekabr 2016 | 06:12   
Paylaşın:        
Dekabrın  6-da və 7-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, həmçinin  Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin iclasları keçiriləcək.  Tədbirlərdə Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcəkdir.
İclaslarda  internetdə nifrətin və ayrıseçkiliyin qarşısının alınması, dini azlıqlarda uşaq və ailə hüquqlarının qorunması, əlil şəxslərin siyasi hüquqları, miqrantlar problemi, qaçqınların sığındıqları ölkələrə inteqrasiyası, Fələstinin Qəzza şəhərində humanitar böhran, Yunanıstanda qaçqınlar problemi, 2017-ci ildə görüləcək işlər və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər dekabrın 10-da başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU