BEYNƏLXALQ TƏDBİRLƏRDƏ

XƏBƏRLƏR
09 dekabr 2016 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatı, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi Vüsal Hüseynov qurumun 4-cü Qlobal Sammitində iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfər edəcək.
Tədbirdə təşkilata üzv dövlətlərin parlament təmsilçiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcəklər. Toplantıda parlament fəaliyyətində şəffaflıq və vətəndaş iştirakçılığı mövzusunda müzakirələr keçiriləcək. Millət vəkili, həmçinin təşkilatın milli əlaqələndiricilərinin  görüşündə iştirak edəcək, ölkəmizdə açıq hökumətin təşviqi istiqamətində görülən işlər barədə məlumat verəcək.

*       *       *


Dekabrın 11-də isə Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Makedoniyanın paytaxtı Skopye şəhərinə səfərə gedəcəklər. Deputatlarımız AŞPA müşahidəçilər qrupunun tərkibində burada keçiriləcək parlament seçkilərini izləyəcək, prosesin gedişi ilə tanış olacaqlar. Dekabrın 13-də isə  deputatlarımız Parisdə AŞPA-nın Hüquqi işlər və demokratiya komitəsinin iclasına qatılacaqlar. Yığıncaqda məhkum olunan şəxslər üçün pulsuz vəkil xidmətinin təmin edilməsi, insan hüquqları, o cümlədən işçi hüququnun müdafiəsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU