BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
06 dekabr 2016 | 09:12   
Paylaşın:        

Milli Məclisin  Gənclər və idman komitəsinin sədri Fuad Muradov,  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və deputat Rasim Musabəyov dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Millət vəkilləri  “Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər.  Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq Tərəfdaşlarının ərazilərində, Krım, Donbass, Transnistria, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda insan hüquqlarının və fundamental azadlıqların icrasına təsirini araşdırmaqdır.
Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət təşkilatlarının ekspertləri iştirak edəcəklər.
Deputatlarımız  toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər.
Səfər dekabrın 9-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU