DEPUTATIMIZ QIRĞIZISTANDA REFERENDUMU MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
08 dekabr 2016 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatı Musa Quliyev   dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekə  səfərə gedəcək.
Millət vəkili Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin Icraiyyə komitəsinin xətti ilə müşahidə edəcək.
Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.
Səfər dekabrın 13-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU