AŞPA-nın KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
12 dekabr 2016 | 04:12   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Qurumun Siyasi işlər və demokratiya komitəsində Avropada  təhlükəsizliyin təmin edilməsi və regionda stabillik üçün risklər, hökumət dairələrində korrupsiya ilə mübarizə, Livanda vəziyyət, Misirdə siyasi durum, yeni məruzəçilərin təyin edilməsi məsələləri ilə bağlı fikir mübadiləsi keçiriləcək.
Monitorinq komitəsinin yığıncağında prosedur qaydaların təkmilləşdirilməsi, Ukraynada demokratik institutların fəaliyyəti, Türkiyə ilə dialoq,  Gürcüstanda və Moldovada keçirilmiş parlament və prezident seçkilərinin nəticələrinə dair müzakirələr aparılacaq.
Millət vəkilləri bu tədbirlərdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək, rəy və təkliflərini verəcəklər.
Səfər dekabrın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU