MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKDİR

XƏBƏRLƏR
13 dekabr 2016 | 01:12   
Paylaşın:        
Dekabrın 12-də Monteneqronun Budva şəhərində “Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans işə başlamışdır. Konfransda Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, bu qurumun “Zorakılıqdan azad qadınlar” şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova iştirak edir. Milli Məclisin deputatı tədbirdə AŞPA-nı təmsil etməklə yanaşı, həm də sessiya moderatoru təyin olunmuşdur. 
AŞPA və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən konfrans Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi üzrə regional platformanın yaradılması məqsədi daşıyır.
Tədbir dekabrın 13-də başa çatacaqdır.   

*       *       *

Daha sonra deputat Sahibə Qafarova AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri kimi bu qurumun dekabrın 16-da Parisdə keçiriləcək Büro iclasında da iştirak edəcəkdir. 
İclasda Büronun illik fəaliyyəti ilə bağlı çıxışlar olacaq, Makedoniyada keçirilmiş parlament seçkilərinin nəticələri, 
AŞPA-nın seçki-müşahidə missiyasının fəaliyyəti, 2017-ci ildə parlament əməkdaşlığı və görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU