MİLLİ MƏCLİSİN DEPUTATLARI SERBİYADA PARLAMENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏKLƏR

XƏBƏRLƏR
02 may 2012 | 05:05   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı Serbiyada mayın 6-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Belqrad şəhərinə səfər edəcək.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının müşahidəçilər missiyasının tərkibində, millət vəkili Fazil Mustafa isə Avropa Şurası Parlament Assambleyasının  xətti ilə prosesin gedişini izləyəcəklər.
Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, təşkilatı məsələlər, elektoratın fəallığı ilə maraqlanacaqlar.
Səfər mayın 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU