DEPUTATLARIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
30 yanvar 2017 | 12:01   
Paylaşın:        

Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova və Pərvin Kazımzadə   yanvarın 31-də Koreyanın paytaxtı Seula  səfər edəcəklər.
Millət vəkilləri Dünya Sülh Federasiyasının “Sülh, təhlükəsizlik və insan inkişafı” mövzusunda  IV Dünya Sammitində iştirak edəcəklər.
Tədbirdə müxtəlif ölkələrin parlamentariləri, ictimai-siyasi xadimlər, din nümayəndələri iştirak edəcəklər. Toplantıda müasir dünyada gedən mürəkkəb proseslər fonunda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Deputatlarımız mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər fevralın 6-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU