ƏLCƏZAİRDƏ PARLAMENT SEÇKİLƏRİ

XƏBƏRLƏR
07 may 2012 | 12:05   
Paylaşın:        

Milli Məclisin deputatları Mirkazım Kazımov və Xanhüseyn Kazımlı İslam Əməkdaşlığı Təşkilatının xətti ilə müşahidəçi qismində parlament seçkilərini izləmək üçün mayın 9-da Əlcəzair Xalq Demokratik Respublikasına səfərə yola düşəcəklər.
Deputatlarımız ölkə parlamentinin aşağı palatasına – Milli Xalq Assambleyasına mayın 12-də keçiriləcək seçkilərin gedişini Əlcəzair şəhərində izləyəcəklər. Müxtəlif seçki məntəqələrində müşahidə aparacaq, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.
Səfər mayın 14-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU