DEPUTATIMIZ TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
10 fevral 2017 | 02:02   
Paylaşın:        

Milli Məclisin deputatı Rüstəm Xəlilov fevralın 11-də Türkmənistanın paytaxtı Aşqabada  səfərə gedəcək.
Millət vəkili Türkmənistanda keçiriləcək Prezident seçkilərini  MDB müşahidə missiyasının xətti ilə izləyəcək.
Digər müşahidəçilərlə bərabər deputatımız, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.
Səfər fevralın 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU