DEPUTATIMIZ XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
17 fevral 2017 | 05:02   
Paylaşın:        

Milli Məclisin deputatı  Rövşən Rzayev  Xocalı soyqırımının 25-ci  il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün  fevralın 20-də Fransaya sonra isə Bosniya və Herseqovinaya səfər edəcək.
Millət vəkili  Paris şəhərində  Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təşkil olunmuş “Xocalı soyqırımı həqiqətləri” adlı konfransda iştirak edəcək. Sözü gedən tədbirə Fransa parlamentinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri qatılacaqlar . Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və onun fəsadları, o cümlədən Xocalı soyqırımı ilə bağlı çıxışlar nəzərdə tutulmuşdur.
Sonra Rövşən Rzayev  Xocalı soyqırımı ilə bağlı Sarayevoda keçiriləcək  regional konfransda iştirak edəcək. Toplantıda Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində  törətdikləri cinayətlər barədə məlumat veriləcək, bu faciəyə beynəlxalq ictimaiyyətin münasibəti, cinayətkarların cəzalandırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, bu qətliamda həlak olan günahsız insanların xatirəsi anılacaq.
Səfər fevralın 25-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU