PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
18 fevral 2017 | 12:02   
Paylaşın:        
Milli Məclisin deputatları - Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Rasim Musabəyov və Şahin İsmayılov Avronest Parlament Assambleyasının Şərq tərəfdaşlığı ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin görüşündə və Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında, eləcə də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün fevralın 19-dan 22-dək Kiyevdə səfərdə olacaqlar.
Səfər çərçivəsində  Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında qurumun fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılması ilə bağlı məsələlər müzakirə ediləcəkdir.
Ukrayna Ali Radasında keçiriləcək Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş tədbirdə isə deputatlar, diplomatlar və elm xadimləri çıxışlar edəcək, diplomatik münasibətlərin tarixinə nəzər salacaqlar.
Sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Xocalı soyqırımına həsr edilmiş anma mərasimində iştirak etmək üçün fevralın 23-də İsrailin Yerusəlim şəhərinə yola düşəcəkdir.
Səfər fevralın 26-da başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU