XOCALI SOYQIRIMININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏRDƏ

XƏBƏRLƏR
20 fevral 2017 | 04:02   
Paylaşın:        
Fevralın 22-də Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov iştirak edəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti ilə birgə təşkil etdiyi konfransda dövlət rəsmilərinin, elm xadimlərinin, Ankarada yerləşən diplomatik korpusun, beynəlxalq təşkilatların və Azərbaycan diasporunun nümayəndələri iştirak edəcək. Tədbirin məqsədi Xocalıda baş vermiş faciəni, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünü, insanlıq əleyhinə cinayətlərin və terrorizmin müasir dünyanın faciəsi olduğunu ictimaiyyətə çatdırmaqdır. 
Fevralın 23-də isə deputat Elman Məmmədov Tbilisi şəhərinə yola düşəcək. Millət vəkili burada Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycan icması tərəfindən Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. 
Səfər fevralın 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU