PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
20 fevral 2017 | 05:02   
Paylaşın:        

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev QDİƏT Parlament Məclisinin daimi komitəsinin xüsusi  iclasında  və qurumun reqlament  üzrə işçi  qrupunun  iclasında  iştirak  etmək üçün  fevralın 21-dən 23-dək  Türkiyədə  səfərdə olacaqlar.
Deputatımız  lazımi məqamlarda  müzakirə edilən məsələlərə münasibət  bildirəcəkdir.

***
 Milli Məclisin deputatları Adil Əliyev və Naqif Həmzəyev ölkəmizin  Qazaxıstandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci  ildönümünə  həsr  olunmuş tədbirlərdə iştirak  etmək məqsədi ilə fevralın  21-dən 23-dək qardaş ölkənin paytaxtı Astana  şəhərində səfərdə olacaqlar.
Deputatlarımız mərasimdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir  iştirakçılarına  ətraflı məlumat  verəcəklər.
Tədbir  çərçivəsində “Soyqırımlardan  azad  dünyaya  doğru” adı altında  Xocalı soyqırımı ilə bağlı  faciənin əks  olunduğu fotolar da  nümayiş  etdiriləcəkdir.


Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU