TÜRKİYƏDƏ XOCALI ŞƏHİDLƏRİNİN ANMA MƏRASİMİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
21 fevral 2017 | 11:02   
Paylaşın:        

Milli Məclisin deputatı Məlahət İbrahimqızı fevralın 23-də Türkiyənin İzmit şəhərinə  səfərə gedəcək.
Millət vəkili İzmit Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək Xocalı şəhidlərinin anma mərasimində iştirak edəcək.
Tədbirdə Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə  məlumat veriləcək, faciə qurbanlarının xatirəsi anılacaq.
Toplantı iştirakçılarına bu qanlı hadisəni əks etdirən sənədlər nümayiş etdiriləcək.
Səfər fevralın 26-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU