ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

XƏBƏRLƏR
21 fevral 2017 | 11:02   
Paylaşın:        
ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva, və Kamran Nəbizadə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 22-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqlar. 
Sessiya çərçivəsində Daimi Komitənin, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin və Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclasları keçiriləcək. İclaslarda ATƏT PA-nın fəaliyyəti barədə məruzələr dinləniləcək, “Böhran dövründə insan hüquqlarının müdafiəsi”, “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə”, “Su ehtiyatlarının idarə olunması: su təhlükəsizliyi probleminin həlli və iqlim dəyişikliyi ilə mübarizə”, “Artan populizm fonunda insan hüquqlarının müdafiəsi” mövzularında müzakirələr aparılacaq.
Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Milli Məclisin
Mətbuat  xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU