DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
21 fevral 2017 | 02:02   
Paylaşın:        

Milli Məclisin deputatı Muxtar Babayev Mərkəzi, Şərqı Avropa  və Mərkəzi Asiya ölkələrinin  Parlamentləri üçün Davamlı İnkişaf Məqsədləri üzrə regional seminarda   iştirak etmək üçün fevralın 22-də Macarıstanın paytaxtı Budapeştə  səfərə gedəcək.
 Tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak edəcəklər. Seminarda parlamentlərarası əməkdaşlığın davamlı inkişafın möhkəmlənməsində rolu, o cümlədən iglim dəyişikliyi və su sahəsində imkanların dəyərləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkili müzakirə olunacaq mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər fevralın 25-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU