PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
19 dekabr 2011 | 04:12   
Paylaşın:        

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Elmira Axundova, Adil Əliyev, İqbal Məmmədov və Rüfət  Quliyev  Ukrayna Ali Radasının dəvəti ilə dekabrın 15-dən 18-dək   Kiyevdə səfərdə olacaqlar.
Burada deputatlarımız Ukrayna parlamentinin Azərbaycanla  dostluq qrupunun üzvləri ilə görüşəcək, parlamentlərimiz arasında əlaqələrin inkişaf perspektivlərindən danışacaqlar. Səfər çərçivəsində “Ukrayna-Azərbaycan münasibətləri: müasir seçim” mövzusunda  dəyirmi masa keçiriləcək.

*  *  *


Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən həmmüəllifi olduğu “İlham Əliyev. Azərbaycan  prezidentinin portreti” kitabının Ukrayna dilində nəşrinin təqdimat mərasimində iştirak etmək üçün Kiyevdə  səfərdə olacaq.
Ukrayna Milli Akademiyasında keçiriləcək tədbirdə  millət vəkili Azərbaycan Prezidentinin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verəcək, onun ölkənin elm və incəsənət xadimlərinə, əmək adamlarına göstərdiyi diqqət və qayğıdan söz  açacaq. 
Səfər dekabrın 18-də başa catacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU