BELÇİKADA VƏ AMSTERDAMDA XOCALI ŞƏHİDLƏRİNİN ANMA MƏRASİMİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
21 fevral 2017 | 12:02   
Paylaşın:        

Milli Məclisin deputatı Əflatun Amaşov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirə qatılmaq üçün fevralın 22-dən 26-dək Belçikanın paytaxtı Brüsseldə  səfərdə olacaq.
Millət vəkili Avropa Komissiyasının binası önündə keçiriləcək mitinqdə və  Xocalı şəhidlərinin anım mərasimlərində iştirak edəcək.
Yiğıncaqlarda Xocalı şəhərində amansızcasına qətlə yetirilmiş dinc  azərbaycanlı əhalinin xatirəsi anılacaq, erməni silahlı qüvvələri  tərəfindən burada törədilmiş qanlı aksiya barədə tarixi faktlar təqdim ediləcək. Toplantıda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriləcək.  Səfər çərçivəsində Əflatun Amaşovun Belçika parlamentinin üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Fevralın 26-27-də isə deputatımız Niderlandın paytaxtı Amsterdamda Xocalı faciəsi ilə bağlı anım tədbirlərinə, yerli diaspor nümayəndlərinin iştirakı ilə düzənlənəcək mərasimlərə qatılacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU