DEPUTATIMIZ MDB PA-nın TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
27 fevral 2017 | 05:02   
Paylaşın:        

Milli Məclisin deputatı Elmira Axundova mədəni irsin qorunmasına dair Müstəqil Dövlətlər Birliyinin Konvensiya layihəsi üzrə işçi qrupunun iclasında iştirak etmək üçün fevralın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə  səfərə gedəcək.
Tədbirdə MDB  ölkələrinin nümayəndələri iştirak edəcəklər.
Toplantıda mədəni irsin qorunması sahəsində quruma üzv ölkələrdə həyata keçirilən layihələr, bununla bağlı milli parlamentlərdə qəbul olunan qanunvericilik aktları barədə məlumat veriləcək.
Səfər martın 3-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU