DEPUTATLARIMIZ BELÇİKADA DƏYİRMİ MASADA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
03 mart 2017 | 06:03   
Paylaşın:        

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov,  deputatlar Cavanşir Feyziyev, Kamran Bayramov və Rövşən Rzayev  martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Millət vəkilləri Avropa Siyasət Mərkəzi, LİNKS qeyri-hökumət təşkilatının birgə təşəbbüsü və Avronest Parlament Assambleyasının üzvü, Avropa Parlamentində Yaşıllar siyasi qrupunun sədr müavini Heidi Hautalanın ev sahibliyi ilə keçiriləcək dəyirmi masada iştirak edəcəklər.
Tədbirdə “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin komitə sədri Fuad Muradov toplantının aparıcılarından biri olacaq.
Deputatlarımız Avronest PA və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində bir sıra görüşlər keçirəcəklər.
Səfər martın 9-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU