DEPUTATLARIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
03 mart 2017 | 06:03   
Paylaşın:        

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün  martın 6-dan 7-dək  Fransanın paytaxtı Parisə  səfərə gedəcəklər.
Tədbirdə “İşgəncələrə qarşı komitənin 25 illiyi: uğurlar və atılacaq addımlar”, “İnsan Hüquqları üzrə Avropa Konvensiyası: irəliyə doğru uğurlar və çağırışlar” adlı məruzələr dinləniləcək, Avropada müvəqqəti saxlanma məntəqələrinin vəziyyəti, müxtəlif məsələlər üzrə yeni məruzəçilərin təyin olunması ilə bağlı və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Komitədə “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı addımlar?” adlı məruzə  müzakirə olunacaq. Bu məsələ ilə bağlı məruzəçinin Bakıya son faktaraşdırıcı səfəri haqqında  hesabatı təqdim olunacaq.
Millət vəkilləri qeyd olunan məsələlərə öz münasibətlərini  bildirəcəklər.
Deputat Vüsal Hüseynov habelə Beynəlxalq Anti-korrupsiya Akademiyasının idarə heyətinin növbəti iclasında iştirak etmək üçün martın 7-dən 9-dək  Avstriyanın Vyana şəhərində səfərdə olacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU