DEPUTATIMIZ ASİYA PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
10 mart 2017 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının Siyasi işlər üzrə daimi komitəsinin və Asiya Parlamentinin yaradılması üzrə xüsusi komitənin iclaslarında iştirak etmək üçün martın 12-də Pakistan İslam Respublikasının paytaxtı İslamabada səfər edəcək.
İclaslarda qurumun Baş katibinin hesabatı təqdim olunacaq,  qüvvədə olan bir sıra qətnamələrə düzəlişlər ediləcək, yeni qətnamə layihələrinin  müzakirəsi aparılacaq.
Millət vəkili yığıncaqlarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcək.
Səfər martın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU