PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
17 mart 2017 | 06:03   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov martın 21-də Fransanın paytaxtı Parisə səfər edəcək.
Millət vəkili burada keçiriləcək Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak edəcək.
İclasda texnologiyaların inkişafı və insan hüquqları, Şərqi və Mərkəzi Avropada milli azlıqların dillərinin, Avropa xalqlarının  mədəniyyət nümunələrinin, adət-ənənələrinin qorunub saxlanılması, media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər martın 26-da başa çatacaq.

*     *     *

Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün martın 24-dən 27-dək Sofiya şəhərində səfərdə olacaq.
Millət vəkili bir sıra seçki məntəqələrinə gedərək, orada yaradılan şəraitlə tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU