DEPUTATIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
31 mart 2017 | 05:03   
Paylaşın:        

Milli Məclisin deputatı Musa Quliyev “Gələcəyimizi zənginləşdirək”  mövzusunda keçiriləcək regional tədbirdə iştirak etmək üçün  aprelın 2-də Qazaxıstanın Almatı şəhərinə  səfərə gedəcək.
Qazaxıstan Respublikası Hökuməti tərəfindən USAID GAIN və UNICEF-lə birgə təşkil olunan yığıncaqda müxtəlif ölkələrin parlamentariləri, səhiyyə, digər müvafiq nazirlik və komitələrin rəsmiləri, ekspertlər  iştirak edəcəklər.
Toplantıda qadın və uşaq orqanizminin möhkəmləndirilməsi,  problemlərin aradan qaldırılması  istiqamətində səhiyyə sistemində görülən işlər barədə müzakirələr aparılacaq. Yığıncaq iştirakçiları bu sahədə əldə edilmiş nailiyyətlər, ortaya çıxan çətinliklərin həlli yolları və öz təcrübələri barədə fikirlərini bölüşəcəklər.
Deputatımız mövzuya dair fikirlərini açıqlayacaq, bununla bağlı ölkəmizdə həyata keçirilən proqramlar barədə məlumat verəcək.
Səfər aprelın 5-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU