DEPUTATIMIZ QDİƏTPM-nin KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
07 aprel 2017 | 04:04   
Paylaşın:        

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci  iclasında iştirak etmək üçün aprelin 10-da Gürcüstanın paytaxtı Tbilisiyə   səfərə gedəcək.
Toplantıda Əflatun Amaşov quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbirdə  habelə QDİƏT-in carı fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq.
Səfər aprelin 13-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU