DEPUTATLARIMIZ BELÇİKAYA SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
08 aprel 2017 | 03:04   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Deyvit Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri avropalı deputatlarla bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırki durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU