“AİLƏ OCAĞI” MÖVZUSUNDA FORUM KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
21 aprel 2017 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək “Ailə ocağı” mövzusunda forumda iştirak etmək üçün aprelin 23-dən 28-dək Düşənbədə səfərdə olacaq.
 MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda deputatımız “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda məruzə edəcək. Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU