BEYNƏLXALQ FORUMDA

XƏBƏRLƏR
15 may 2012 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatları Xanhüseyn Kazımlı və Azər Badamov İslam biznesi və maliyyəsi üzrə IV Beynəlxalq Forumda iştirak etmək üçün mayın 16-dan 18-dək Rusiya Federasiyasının Kazan şəhərində səfərdə olacaqlar.
Kazan sammitində əsasən Rusiya ilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq, uzunmüddətli əlaqələrin qurulması üçün ticarət və investisiya mühiti öyrəniləcək. Müasir İslam maliyyə sisteminin inkişaf tendensiyalarına diqqət yetiriləcək və Rusiyada bu modelin tətbiqi  aspektləri araşdırılacaq.
Tədbirdə Rusiyanın federal və regional dövlət orqanları nümayəndələrinin biznesmenlərlə, İƏT rəhbərliyi və üzv dövlətlərin nümayəndə heyətləri ilə görüşləri də nəzərdə tutulur. Sammitin yekununda “Sivilizasiyaların dialoqu”na həsr olunmuş dəyirmi masa ətrafında fikir mübadiləsi aparılacaq.
Deputatlarımız Kazan sammiti çərçivəsində keçirilən bütün tədbirlərdə yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU