Aİ-AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIQ KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
28 aprel 2017 | 12:04   
Paylaşın:        

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Kamran Bayramov, Azər Kərimli, Elşad Həsənov və Elman Nəsirov qurumun 14-cü plenar sessiyasında iştirak etmək üçün mayın 1-dən 4-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar.
Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan yeni çoxtərəfli müqaviləyə dair müzakirə aparılacaq, məqsədlər və imkanlar araşdırılacaq. Qurumun həmsədrləri Cavanşir Feyziyevlə Səyyad Kərim ikitərəfli əlaqələrin dərinləşməsində Parlament Əməkdaşlıq Komitəsinin rolunun artırılmasına dair təkliflərini diqqətə çatdıracaqlar.
Plenar iclasda qurumun vitse-həmsədri Kamran Bayramov “Azərbaycanda siyasi dialoq və islahatlar”, Elman Nəsirov isə “Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda məruzə edəcəklər. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlər” barədə Azər Kərimli və Elşad Həsənov komitə üzvlərinə ətraflı məlumat verəcəklər.
Sessiyanın yekununda Birgə Bəyanat və Tövsiyələr qəbul ediləcək.

 

Milli Məclisin
Mətbuat xidməti  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU