MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
05 may 2017 | 07:05   
Paylaşın:        
Mayın 5-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çexiya Parlamenti Deputatlar Palatası Sədrinin birinci müavini Radek Vondraçek ilə görüşdü.  
Valeh Ələsgərov qonaqlara parlamentin strukturu, burada təmsil olunan siyasi partiyalar, Milli Məclisin beynəlxalq fəaliyyəti barədə məlumat verdi. Söhbət zamanı parlamentlərarası əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın müstəqillik tarixi, neft strategiyası, ölkəmizdə neft sənayesinin inkişafı və digər məsələlər müzakirə obyekti oldu. 
Qeyd edildi ki, dövlətimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlığımız yeni mərhələyə qədəm qoyub. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində deputatların qarşılıqlı səfərləri və keçirilən görüşlər böyük əhəmiyyət kəsb edir. Söhbət zamanı  əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsinə maraq  ifadə olundu.  Qonaq Çexiya-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdiklərini və qarşıda görüləsi bir çox mühüm işlərin dayandığını qeyd etdi. 
Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.  

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU