MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 may 2017 | 04:05   
Paylaşın:        

Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andreas Loverdos ilə görüşdü.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olan Andreas Loverdos  Azərbaycana ötən səfərlərindən danışdı, hələ gənc siyasətçi olduğu dövrdə Ulu öndər Heydər Əliyevin ona dəyərli tövsiyələr verdiyini minnətdarlıqla yad etdi. Forum barədə təəssüratlarını bölüşdü. Qeyd etdi ki, bu Forum ölkələrarası və parlamentlərarası əlaqələrin güclənməsinə ciddi təkan verir.
Səməd Seyidov ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğuladı. AŞPA-da Yunanıstan nümayəndə heyətinin Azərbaycan nümayəndə heyətini dəstəklədiyini razılıqla bildirdi. Ölkəmizin uğurlu neft strategiyasından danışdı, hazırda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söylədi. Bildirdi ki, Azərbaycan tolerant ölkədir, burada etiqad bəslədiyi dinə və ya məzhəbə görə vətəndaşlar arasında ayrı-seçkilik yoxdur.
Görüşdə fikir mübadiləsi aparıldı, qonağı maraqlandıran suallar cavablandırıldı.  

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU