TÜRKPA-nın KOMİSSİYA İCLASINDA

XƏBƏRLƏR
08 may 2017 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatı Sədaqət Vəliyeva mayın 10-da Türkiyənin Amasiya şəhərinə səfər edəcək.
Millət vəkili Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında iştirak edəcək. Toplantıda TürkPA medalı və TürkPA Katibliyinin Maliyyə Əsasnaməsi ilə əlaqədar müzakirələr aparılacaq.
Deputatımız müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər mayın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU