TÜRKMƏNİSTANDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR

XƏBƏRLƏR
15 may 2012 | 06:05   
Paylaşın:        

Mayın 18-19-da Türkmənistanın Aşqabad şəhərində “Türkmənistan Konstitusiyasının 20 ili: müstəqil dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq konfrans  keçiriləcəkdir.
Tədbirdə Milli Məclis Sədrinin birinci müavini, palamentin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov və İntizam Komissiyasının sədri Siyavuş Novruzov iştirak edəcəklər.
Konfransda müstəqil Türkmənistanın siyasi, hüquqi inkişafı, dövlətin konstitusion əsaslarının möhkəmləndirilməsi, dövlət quruculuğunun müasirləşdirilməsi barədə çıxışlar dinləniləcək.
Tədbirdə Türkmənistanın müstəqillik illərində keçdiyi yol və qazandığı təcrübə geniş ictimaiyyətə çatdırılacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU