DEPUTATIMIZ İSRAİLDƏ SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
13 may 2017 | 01:05   
Paylaşın:        

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov  mayın 14-də İsrailin  Tel-Əviv  şəhərinə   səfərə gedəcək.
Millət vəkili İsrail Knessetində keçiriləcək Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Toplantıda ikitərəfli əlaqələrin bu günü və əməkdaşlığın gələcək inkişaf perspektivləri  barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 16-da  başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU