DEPUTATLARIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
13 may 2017 | 01:05   
Paylaşın:        

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “İnkişaf, sabitlik və qaçqın böhranı” mövzusunda  XVII  Beynəlxalq Doha Forumunda iştirak etmək üçün  mayın 13-də Qətərə  səfər edəcəklər.
Tədbirdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları,  parlamentarilər, siyasi xadimlər, ekspertlər, regional və beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edəcəklər.
Forumda siyasi islahatların aparılması, demokratik dəyişikliklərin həyata keçirilməsi, təhlükəsizliyin təmin edilməsi, ekstremizmlə mübarizə,  iqtisadi inkişaf, qaçqın böhranının aradan qaldırılması məsələləri müzakirə olunacaq.
Səfər mayın 16-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU