DEPUTATIMIZ ALMANİYADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
13 may 2017 | 01:05   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev mayın 14-də Almaniyanın paytaxtı Berlinə səfər edəcək.
Millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək.
Deputatımız, eyni zamanda, Almaniya Bundestaqında “Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçiriləcək müzakirələrə qatılacaq.
Səfər mayın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU