DEPUTATIMIZ FRANSAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
13 may 2017 | 01:05   
Paylaşın:        

Milli Məclisin deputatı Azər Kərimli mayın 15-də Fransanın Strasburq şəhərinə  səfərə gedəcək.
Millət vəkili Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcək.
Söhbət zamanı ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin hazırki durumu və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər mayın 17-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU