AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
16 may 2017 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 20-dək  İtaliyada səfərdə olacaq.
 Milan şəhərində keçiriləcək komitənin iclasında Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların  cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir  mübadiləsi  aparılacaq.
Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU