DEPUTATLARIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
16 may 2017 | 06:05   
Paylaşın:        

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün  mayın 17-dən  19-dək  Serbiyanın paytaxtı Belqrada  səfərə gedəcəklər.
Toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının  icrası, Avropa Şurasına üzv ölkələrdə qanunun aliliyi  prinsipinə yeni hədələr,  Avropa İnsan hüquqları konvensiyasına riayət edilməsi ilə bağlı məruzələr dinləniləcək.
Tədbirdə millət vəkili Vüsal Hüseynov  “Ölüm cəzası və  işgəncələr üçün istifadə edilən avadanlıqların ticarətinə qarşı beynəlxalq qanunvericiliyin güclənməsi” mövzusunda məruzə ilə çixış edəcək.
Deputatlarımız  iclasda müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU