DEPUTATIMIZ MİQRASİYA MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
19 may 2017 | 06:05   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  MDB-yə üzv dövlətlərin miqrasiya orqanları rəhbərləri şurasının 20-ci toplantısında və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak etmək üçün mayın 21-də Tacikistanın paytaxtı Düşənbəyə səfər edəcək.
Yığıncaqlarda MDB-yə üzv ölkələrdə miqrasiya sahəsində vəziyyət, 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlıq proqramının icrası, region dövlətlərində miqrantlarla bağlı vahid statistik hesabatın formalaşdırılması, əmək miqrasiyası sahəsində təcrübə mübadiləsi,    miqrasiya üzrə milli qanunvericilikdə dəyişikliklərin aparılması, bu istiqamətdə model qanunların təkmilləşdirilməsi barədə məsələlərə baxılacaq.
MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan haqları komissiyasının sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan məsələlər haqqında öz fikirlərini açıqlayacaq.
Səfər mayın 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU