DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
19 may 2017 | 06:05   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media məsələləri komitəsinin iclasında iştirak etmək üçün  mayın 21-dən  25-dək  Fransanın paytaxtı Parisdə  səfərdə olacaq.
Toplantıda milli adət və ənənələrin qorunması,  mədəni irsin məhv edilməsi və qeyri-qanuni dövriyyəsi ilə mübarizə,  beynəlxalq idman tədbirlərinin əhəmiyyəti, azsaylı xalqların  ana dillərinin qorunması və bir sıra diqər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Deputatımız iclasda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU